Dövlət təhsil müəssisələri lisenziyadan azad edilir

16 Mart 2020 12:04

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən, Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir:

"Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək".

Milli.Az