"Qalatasaray" zədələnən futbolçusundan pis xəbər aldı

16 Mart 2020 18:29

Dünən keçirilən İstanbul derbisində zədələnən Ömər Bayramın durumuna aydınlıq gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Qalatasaray" - "Beşiktaş" matçında (0:0) xəsarət alan Ömərin sağ əlinin daraq sümüyündə sınıq aşkarlanıb.
 
"Qalatasaray"ın mətbuat xidməti yarımmüdafiəçinin yaxın 2 gün içində əməliyyat ediləcəyini yazıb.

Milli.Az