"Valensiya"nın daha bir futbolçusunda koronavirus aşkarlandı

16 Mart 2020 10:22

İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Elyakim Manqala koronavirusa yoluxub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun testləri müsbət çıxıb. Fransalı oyunçu sosial şəbəkə hesabında bu barədə məlumat verib.

Daha öncə "Valensiya"nın müdafiəçisi Esyekel Qaray və texniki heyətin 4 üzvündə koronavirus aşkarlanmışdı.

Milli.Az