Paşinyan koronavirus xəstəsi ilə ünsiyyətdə olduğunu deyib

16 Mart 2020 07:52

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxan şəxslə ünsiyyətdə olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, N.Paşinyan bildirib: "Bu gün Meqridə koronavirusa yeni yoluxma halı qeydə alınıb. Meqridən qayıdarkən mən bu vətəndaşla ünsiyyətdə olmuşam, ünsiyyət sıx olmayıb, lakin bir saat əvvəl mən koronavirus testi vermişəm".

Onun sözlərinə görə, testin cavabə müsbət olarsa, o, Sevanda hökumət evində karantində qalacaq: "Testin cavabı mənfi olduğu halda mən Yerevana qayıdacağam".

Milli.Az