Ermənistanda koronavirusa yoluxanların sayı 28 nəfərə çatıb

15 Mart 2020 23:39

Ermənistanda daha 8 nəfər COVİD-19 koronavirusuna yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində videomüraciəti zamanı deyib.

N.Paşinyan bildirib: "Hazırda bizdə 28 təsdiqlənmiş koronavirus halı var".

Xatırladaq ki, daha əvvəl Ermənistanda 20 təsdiqlənmiş halın olduğu deyilirdi.

Milli.Az