Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az