Mənzildə meyit tapılıb

15 Mart 2020 21:10

Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Məmmədov Xeyrəddin Abdı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az