Call of Duty: Warzone ilk gündə 6 milyon oyunçu qazanıb

21 Mart 2020 19:50

Əvvəlki Call of Duty oyununda Black Ops 4-də hekayə rejiminin olmaması bir çox oyunçunu məyus etsə də, istehsalçılar yeni Modern Warfare ilə böyük uğur qazana bildilər.

Son aylarda yayımlanan Call of Duty Modern Warfare və Captain Price kimi məşhur personajların da geri qayıtmasına səhnə oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, Activision yeni döyüş royale oyunu Call of Duty: Warzone-nin ilk günün sonunda 6 milyon oyunçuya çatdığı açıqlanıb.

İlk 24 saat ərzində Apex Legends-in 2,5 milyon oyunçu qazandığını nəzərə alsaq, bu Call of Duty üçün həqiqətən, çox böyük rəqəmdir. Buna görə də, yeni oyunun digər döyüş royale oyunlarına böyük bir rəqib olacağını söyləyə bilərik.

Milli.Az