Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək – SƏBƏB

21 Mart 2020 09:50

Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, nümayişdən imtinaya səbəb koronavirusun pandemiyaya çevrilməsi olub.

Şirkət nümayəndələrinin sözlərinə görə, platformanın "Swipe Night" adlı serialı koronavirusun yayılmasını müşahidə edən insanların psixikasına təsir edə bilər.

"Serialımızı ABŞ-dan kənarda tanıtmaq çox xoş olardı, lakin tamaşaçıların hisslərinə hörmətlə yanaşırıq və buna görə də serialın dünya premyerası üçün doğru vaxt olmadığını anladıq", - deyə şirkətdən qeyd ediblər.

Milli.Az