Tarixdə insanların üzləşdiyi ölümcül viruslar və onların fəlakətli nəticələri - FOTO

15 Mart 2020 18:20

Dünya yeni epidemiya ilə mübarizə aparmağa çalışır. Tarixdə bəşəriyyət bir çox ölümcül virusla qarşılaşıb.

Bu, milyonlarla insanın ölümünə səbəb olub. Son illər ərzində dünya əhalisi SARS, donuz və quş qripi kimi xəstəliklərlə mübarizə aparıb. İndi dünyanın hər yerində ölümcül nəticələrə səbəb olan yeni bir virus meydana çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatı əvvəllcə koronavirus ilə əlaqədar beynəlxalq təcili yardım elan etmişdi. Daha sonra xəstəlik "qlobal pandemiya" kimi təsnif edildi. Təəssüf ki, virusun müalicəsi və ya peyvəndi hələ tapılmayıb.

Ancaq tarixdə müalicəsi olmayan bir çox xəstəlik müəmmalı şəkildə sona çatıb.

Milli.Az musavat.com-a istinadən sizlərə tarixdə insanların mübarizə apardığı dəhşətli viruslar və onların nəticələri haqqında məlumatları təqdim edir.

ölümcül virüsler

Ebola

Ebola virusu tarixdəki ən ölümcül virus arasında ilklərdən sayılır. İlk dəfə 1976-cı ildə Sudan və Konqoda baş verən xəstəliklərdə aşkarlanan virus, adını Konqodakı bir çaydan alıb. Virusun təbii mənbəyinin Afrikadakı yarasalar olduğu düşünülür. 50 faiz ölüm nisbəti olan bu virusa Ebola virus xəstəliyi (EVD) və ya Ebola hemorragik atəşi (EHF) deyilir. Virusun əlamətləri bunlardır: hərarət, boğaz ağrısı, əzələ ağrısı və baş ağrısı .

Bundan əlavə, insanların diş ətlərində qanaxma müşahidə edilə bilər. Ebolanın inkubasiya müddəti iki gündən üç həftə arasında dəyişir. Bu ölümcül virus səbəbi ilə 2018-ci ilin iyul ayından bəri cəmi 777 nəfər ölüb, virusu daşıyan 380 nəfər isə sağalıb.

ölümcül virüsler

Marburg

1967-ci ildə bir qrup laboratoriya işçisi virusu daşıyan bəzi Afrika yaşıl meymunları səbəbiylə Marburg, Frankfurt, Almaniya və Belqrad (Serbiya) bölgələrində yeni bir hemorragik hərarətə yaxalanıb. 23 faizdən 90 faizədək ölüm riski olan bu xəstəlik insandan insana yaxın təmas yolu ilə yayılır. Simptomlar baş ağrısı, hərarət və bədənin müxtəlif hissələrindən dəri tökülməsi ilə başlayır.

Ancaq virus daha sonra çox sayda orqan çatışmazlığına və daxili qanaxmaya səbəb olur. Heç bir müalicəsi yoxdur. Bu virusason dəfə 2014-cü ildə Uqandada rast gəlinib.

ölümcül virüsler

Hantarivirus

Hantaviruslar təbiətdə bir çox növə sahib olan və bu növlərdən bir qisminin insanlarda xəstəlik yarada bilən viruslardır. Təbiətdəki hantavirusun mənbəyi siçanlar və oxşar kiçik gəmiricilərdir. Xəstəlik birbaşa insandan insana ötürülmür.

Ancaq virus daşıyan canlıların nəcisləridən keçə bilər. Buna görə, karantin kimi tədbirlərə ehtiyac yoxdur. Hantavirus əlamətləri bunlardır; böyük əzələ qruplarında yorğunluq, hərarət, ağrı. Yoluxmuş şəxslərdə baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal, qusma, ürək bulanması kimi simptomlar da görünə bilər.

ölümcül virüs

Lassa

Kəskin viral xəstəlik olan "Lassa hərarəti" ilk dəfə Nigeriyanın Lassa bölgəsində aşkar olunub.
"Lassa hərarəti", aktiv Arenaviridae ailəsinə mənsub bir tək telli RNT virusu Ebola virusu ilə eyni ailədəndir.

"Lassa hərarəti" simptomları bunlardır: mülayim hərarət, zəiflik, halsızlıq və baş ağrısı.

"Lassa hərarəti" simptomları virusla təmasdan 1-3 həftə sonra görünür. Virusa yoluxmuş xəstələrin təxminən 80 faizində simptomlar yüngül aşkar edilir. Simptomlar yoluxmuş insanların 20 faizində ciddi ola bilər.

Simptomlar ciddi olduqda diş ətlərində, gözlərdə və burunlarda qanaxma ola bilər və nəfəs almaqda çətinliklər yarana bilər. Ayrıca, ağır simptomları olan insanlarda tez-tez qusma, sinə və kürək ağrısı, qarın ağrısına da rast gəlinir.

"Lassa hərarəti"nin ən çox görülən qalıcı fəsadı karlıqdır. "Lassa hərarəti", heyvan tərəfindən yoluxan xəstəlikdir. Mastomis gəmiricilərində olur. Xəstəlik bu gəmiricilərin nəcisləri və sidikləri ilə yayılır. İnsanlara isə qida və tənəffüs yolu ilə yoluxur.

ölümcül virüsler

Quduz

Qorxuducu xəstəliklərdən biri də quduzluq virusudur. Bu virus mərkəzi sinir sistemini ağır şəkildə zədələyir. Bu xəstəlik heyvanlardan insana da keçə bilər. Xəstə heyvan tərəfindən dişləndikdən sonra əzələ toxumasına girən virus əvvəlcə əzələ toxumasında çoxalır.

Daha sonra periferik sinirlər vasitəsilə mərkəzi sinir sisteminə və oradan beyinə çatır. Ancaq quduzluqda peyvənd var. 1882-ci ildə Louis Pasteur bir mikroskopla da görülə bilməyən quduz virusunu kəşf edib.

Xəstəliyin inkubasiya dövrü səkkiz gündən iki ilə qədər dəyişə bilər. Bu dövrdə quduz peyvəndi və ya anti-serum tətbiq olunarsa, simptomlar olmadan xəstəliyin qarşısını almaq olar.

Çiçək xəstəliyi

Çiçək xəstəliyinə səbəb olan virus minlərlə ildir dünyada yüz milyonlarla insanın həyatına son qoyub. Çiçək xəstəliyi tarixdə ən ölümcül viruslardan biri sayılır. Lakin nəticədə çiçək peyvəndi hazırlanıb. Xəstəliyə qarşı peyvəndi ilk dəfə ingilis cərrah Edvard Jenner tapıb. Bu virus qəfil və ağır simptomlarla özünü göstərir. İnkubasiya müddəti 10-14 gündür. Yoluxmuş şəxsdə; baş ağrısı, atəş, qusma görünür.

Sonra güclü blisterlər olduqda üz, baş, sinə, kürək, və ayaqlarda kiçik qırmızı ləkələr görünür. Bunlar maye ilə doldurulur, daha sonra sızanaq şəklində püskürən vesiküllərə çevrilir. Xəstəliyin 3 növü var və onların ölüm dərəcələri dəyişkəndir.

Xəstəliyə qarşı hələ də xüsusi bir müalicə yoxdur. Bununla birlikdə, bir peyvənd hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatının 1966-cı ildə başlatdığı kampaniya nəticəsində, peyvənd dünyanın bütün ölkələrində var.

Qriplər

Qrip, illərlə  yaşadığımız bir virusdur, ancaq tamamilə müalicə edilə bilən bir virus deyil. Çünki antibiotiklər virusa təsirli deyil. Bundan əlavə, 1918-ci ildə İspan qripi bəşər tarixində ən pis infeksiyalardan biri idi.

Ölümcül bir virus olan İspan qripi, dünya əhalisinin 20-40 faizini yoluxmuşdu. Cəmi iki il ərzində 50 milyon insanın ölümünə səbəb olmuşdu.

Lakin qrip virusu uzun müddət mutasiya edildiyi üçün həyatımıza fərqli yollarla daxil oldu. 2009-cu ildə də H1N1 donuz qripi dünyada on minlərlə insanın ölümünə səbəb olmuşdu.

Milli.Az