Belçikadakı səfirlik Azərbaycan vətəndaşları üçün "Qaynar xətt" açdı

15 Mart 2020 17:55

Koronavirusla əlaqədar Belçikadakı Azərbaycan Səfirliyinin "qaynar xətt" nömrəsi fəaliyyətə başlayıb.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan "Qaynar xətt" yaradılıb.

Qaynar xətt nömrəsi: +32 484 41 26 61

Milli.Az