Tanınmışlar koronaviusdan belə qorunur - Müğənni toyu tibbi maskada idarə edib - FOTO

15 Mart 2020 13:51

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bundan sonra sənətçilər koronavirusla bağlı paylaşım ediblər. Virusdan qorunmağa çalışan məşhurlar tibbi maskada fotolar paylaşıblar. 

Müğənni Zamiq Hüseynov toy məclisini tibbi maskada aparıb. Müğənni fotosunu sosial şəbəkədə bölüşüb. Fotoda xalq artisti Röya Ayxan da yer alıb. 

Xalq artisti Röya da tibii maskada çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq "Evdəsiniz?" şərhini yazıb. 

Toy məclisinə qatılan xalq artisti Mənsum İbrahimov, "ASAN FM" radiosunun rəhbəri, aparıcı Emin Musəvinin, müğənnilər Talıb Tale və  əməkdar artist Bəhram Bağırzadə də tibbi maskada çəkilən fotosunu izləyicilərlə bölüşüblər. 

Milli.Az