12:56
Milli.Az xəbər verir ki, APA-ya açıqlamasında M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.
---------
12:35
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, "Palmali Holding"in sahibi Mübariz Mənsimov həbs edilib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyənin ən məşhur KİV-lərindən olan "Sabah" yayıb.
Mətbuatda yayımlanan xəbərə görə, Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.
Milli.Az