"Sevilya" da karantinə alındı

15 Mart 2020 11:49

"Sevilya" klubu karantin elan edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi ölkə ərazisində koronavirusun sürətlə yayılması ilə əlaqədar bütün komanda üzvlərinin karantinə alınmasına qərar verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Karantinin müddəti martın 23-nə qədər müəyyənləşdirilib.

Qeyd edək ki, İspaniyada daha öncə Malaga, Valladolid, Murcia və Alcante klubları da karantin elan etmişdi.

Milli.Az