"Monako"da yeni müqavilə

15 Mart 2020 10:51

"Monako" futbolçusu Aleksandr Qolovinlə yeni müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya millisinin yarımmüdafiəçi ilə 2023-cü ilin iyununda başa çatacaq müqavilənin müddəti daha 1 il uzadılıb.

Qeyd edək ki, Qolovin 2018-ci ildən çıxış etdiyi "Monako"da 65 matçda 7 qol vurub.

Milli.Az