ABŞ-dakı səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

15 Mart 2020 08:37

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Məlumatda deyilir: "ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur".

Milli.Az