Bakının bu mikrorayonlarında içməli suyun verilməsi dayandırılıb

14 Mart 2020 23:37

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.

Bu barədə "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayılov məlumat verib.

O bildirib ki, "Azərsu" ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.

Milli.Az