Cəlilabad avtovağzalında hər gün dezinfeksiya işləri görülür

14 Mart 2020 20:26

Koronavirus infeksiyasına qarşı tibbi profilaktiki tədbirlər ölkəmizin İranla sərhəd rayonlarında, o cümlədən Cəlilabadda daha fəal şəkildə həyata keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cəlilabad rayonunda əhalinin daha çox toplaşdığı avtovağzalda sərnişinlərin sağlamlığını qorumaq məqsədilə hər gün dezinfeksiya işləri görülür.

Tibbi profilaktiki tədbirlər çərçivəsində hər gün sürücülər tibbi müayinələrdən keçirilir, avtobuslar reysdən əvvəl dezinfeksiya edilir.

Avtovağzalda sərnişinlərin daha çox olduğu ərazilərə - gözləmə və kassa otağına vaxtaşırı dezinfeksiyaedici dərmanlar səpilir.

Milli.Az