"Azərbaycanda yaxın həftələrdə tibbi maskalar istehsal edən müəssisə işə düşəcək" - İqtisadiyyat naziri

14 Mart 2020 20:06

"İstehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur".

Milli.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına münasibət bildirərkən deyib.

Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.

Milli.Az