Keçmiş məhkumdan 1,5 kiloqram heroin çıxdı

19 Aprel 2010 11:59
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Cahinxan Qurbanovdan 1 kiloqram 405 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əvvəllər də məhkum olunan C.Qurbanov Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az