Bakıda "Mercedes" yanıb

14 Mart 2020 18:39

Bakı şəhərinin Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az