ARB telekanalında koronavirusa qarşı ciddi yoxlanış var - Xatundan ETİRAF - VİDEO - FOTO

14 Mart 2020 17:59

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı müğənni Xatun Əliyeva olub.

Milli.Az xəbər verir ki, studiyaya spirtlə daxil olan müğənni ARB TV- də "Koronovirusa" qarşı aparılan ciddi tədbirlərdan danışıb:

"Demək istəyirəm ki, doğrudan da ARB telekanalı hər bir şeyi gücləndirib. Gələn kimi bizim hərarətimizi ölçdülər və hətta liftdən də istifadə etmədik. Hamı qoruyucu maskalarda idi".

Milli.Az