“Mucize Doktor”un Nazlısı da azərbaycanlı imiş...

14 Mart 2020 17:44

Türkiyədə kifayət qədər məşhur olan əslən Azərbaycandan olan sənətçilər var. Kimisi serial ulduzu, kimisi müğənni, kimisi isə teatr xadimidir. 

Milli.Az "Qafqazinfo"ya istinadən Türkiyədə fəaliyyət göstərən tanınmışları təqdim edir:

Aktrisa Sinem Ünsal 1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir. O, hazırda reytinqli "Mucize Doktor" serialında Nazlı obrazına həyat verir.

Aktyor Ozan Akbaba 1982-ci ildə Qarsda dünyaya gəlib. Bir çox layihələrdə yer alan O. Akbaba hazırda ATV-də yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas roluna həyat verir. 

Son zamanlar populyarlaşmağa başlayan aktrisa Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib, 11 yaşında ailəsi ilə birgə Türkiyəyə köçüb. 51-ci "Qızıl Portağal" mükafat mərasimində "ən yaxşı aktrisa" nominasiyası üzrə qalib olub.  Hazırda Fox TV-də yayımlanan məşhur "Yasak Elma" serialında Şahika obrazını canlandırır. 

"Çoçuklar Duymasın" serialının ulduzu Tamer Karadağlı da əslən azərbaycanlıdır.  Ankarada dünyaya gəlsə də, ailəsi Qarsda yaşayıb və Azərbaycan türküdür. 

Türkiyənin məşhur modeli Çağla Şikelin atası azərbaycanlıdır, Qarsda yaşayıb.  Podium ulduzu dəfələrdə açıqlamasında kökünün Azərbaycan türkü olduğunu bildirib. 

Türkiyənin əfsanəvi ifaçısı Cem Karaca da əslən Azərbaycandandır. 1945-ci ildə İstanbulda dünyaya gələn sənətçinin atası Azərbaycan türküdür. 

Aktrisa Selin Şekerçi 1988-ci ildə İzmirdə dünyaya gəlib.  O, "Kaçak Gelinler" serialında Şəbnəm obrazı ilə daha da populyarlaşıb.  Selin dəfələrlə mətbuata açıqlamasında əslən Azərbaycandan olduğunu bildirib.

"O şimdi asker" mahnısı ilə kifayət qədər məşhurlaşan müğənni Tuğba Ekinçi də azərbaycanlıdır. O da KİV-lərə açıqlamasında ata tərəfinin Azərbaycandan olduğunu qeyd edib. 

Başak Sayan da Azərbaycan köklüdür. Onun atası azərbaycanlıdır. Başak həm aktrisa, həm də yazardır. 

1981-ci ildə Iğdırda dünyaya gələn futbolçu Sərvət Çetin də  Azərbaycan kökənlidir. O, Türkiyə milli komdandasının dəyişməz üzvlərindəndir. 

Türkiyənin "Yeşilçam" ulduzu Rza İmamverdi 1936-cı ildə Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. O, "Kader bağlayınca", "Şeref sözü", "Küçük ev", "Fırtına" və başqa layihələrdə yer alıb. Film qəhrəmanı 2013-cü ildə Amerikada ağciyər xərçəngindən həyatını itirib. 

Aktyor Cahangir Qafarinin də fars olduğu qeyd olunsa da, o, əslən azərbaycanlıdır.  Qafari 60-70-ci illər filmlərdə rol alıb, "Yeşilçam"a rəng qatıb. O, hazırda İspaniyada yaşayır.