Abşeronda yanğın olub

14 Mart 2020 18:54

Abşeron rayonunda tövlə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Fatmayı kəndində ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az