“Toyota”nın bu il geri çağırdığı avtomobillərin sayı artır

17 Mart 2020 08:15

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motors" bu il 3,2 milyon avtomobilini geri çağırmağı planlaşdırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasoslarında problem olmasıdır.

Söhbət əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərdən gedir.

Xatırladaq ki, "Toyota" yanvarda təkcə ABŞ-dan 696 minə yaxın avtomobili geri çağıracağını bildirsə də, hazırda bu ölkədən geri çağrılan avtomobillərin sayı 1,8 milyona çatıb.

Milli.Az