Basketbolçudan avtoqraf aldı, koronavirusa yoluxdu

14 Mart 2020 14:49

ABŞ-da ikinci sinif şagirdi Milli Basketbol Liqasında (MBA) çıxış edən "Yuta Cazz" klubunun basketbolçusu Rudi Qoberdən avtoqraf alandan sonra koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, basketbolçu gənc azarkeşin təması martın 7-də "Yuta Cazz" və "Boston Seltiks" klublarının oyunundan əvvəl baş verib.

Qeyd edək ki, Rudi Qober koronavirusa yoluxan ilk MBA basketbolçusu olub.

MBA rəhbərliyi liqanın matçlarını qeyri-müəyyən müddətə dayandırıb.

Milli.Az