"Mən çalışdım o mütəxəssislər ki, burada yoxdur, onun məktəbi bizdə yeni-yeni əmələ gəlmişdi, o mütəxəssisləri xaricdən gətirək. Amma yox, xarici şokalad bizim üçün həmişə daha dadlı olacaq. Bizim qanımızda problem var".
Milli.Az xəbər verir ki, bunu "Şən bazar" verilişində Aqil M. Quliyev yerli klip bazarında müğənnilərin əcnəbi rejissorlara meyilliyindən gileylənərkən deyib.
Rejissor bu mövzuda ümidsizliyə qapıldığını gizlətməyib:
"Bəlkə də o klip Yexlaxda yığılıb ha. Üstündə damğa var deyə inanırıq, aldanırıq. Həmişə belə olub. Düzələsi deyilik".
Məhəmməd Vaqif
Milli.Az