"Liverpul" indidən çempion elan edilə bilər - Klubların əksəriyyəti razıdı

14 Mart 2020 10:49

İngiltərə Premyer Liqası yarımçıq dayandırılacağı təqdirdə "Liverpul" çempion elan edilə bilər.

Ötən gün İngiltərə Futbol Liqasının qərarına əsasən, koronavirus pandemiyası səbəbindən Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2 oyunları 4 aprelə kimi dayandırılmışdı. Bu müddətin uzadılması da istisna deyil.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mövsüm başa çatmasa belə, Premyer Liqa klublarının əksəriyyəti "Liverpul"u çempion kimi tanımağa hazırdı. İPL-in rəhbər şəxslərindən biri bu barədə nəşrə məlumat ötürüb. Belə olan halda, Mersisayd klubu son 30 il ərzində ilk dəfə İngiltərə çempionluğunu bayram edəcək.

Premyer Liqanın lideri "Liverpul" 29 turdan sonra ən yaxın rəqibi "Mançester Siti"ni 25 xal qabaqlayır. Çempion olmaq üçün "qırmızılar"ın cəmi iki qələbəyə ehtiyacı var.

Milli.Az