Lolita boşana bilmədi - Koronavirusa görə

14 Mart 2020 10:14

Dmitri İvanovdan boşanmaq istəyən rusiyalı müğənni Lolita Milavskayanın planlarını bu dəfə dünyada sürətlə yayılmağa davam edən koronavirus pozub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu gün cütlüyün ayrılması ilə bağlı keçirilməsi gözlənilən məhkəmə prosesi martın 27-ə təyin olunub.

Buna səbəb isə, Dmitri İvanovun bu yaxınlarda koronavirusun geniş yayıldığı İtaliyadan qayıtması olub. Virus şübhəsi ilə o, hazırda karantində saxlanılır.

Qeyd edək ki, Dmitri Lolitanın 5-ci əridir.

Milli.Az