Bakıda "Volkswagen" yanıb

14 Mart 2020 09:31

Bakı şəhərinin Nəsimi rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Volkswagen" markalı minik avtomobilinin salon və arxa hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön hissəsi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az