"Fiorentina"nın hücumçusunda koronavirus tapıldı

14 Mart 2020 08:02

"Fiorentina"nın futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda serbiyalı hücumçu evindədir. "Fiorentina" Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin, "Yuventus"dan isə Daniele Ruqaninin koronavirusa yoluxduqları açıqlanıb.

Milli.Az