Bakıda gənc oğlan bıçaqlanıb

14 Mart 2020 08:38

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az