Cəlilabadda birmərtəbəli ev yanıb

14 Mart 2020 08:53

Cəlilabad rayonunun Alar kəndində ümumi sahəsi 79 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 59 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az