Koronavirusla mübarizə üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, xərclənəcək - Operativ qərargah

13 Mart 2020 21:58

Koronavirusa qarşı mübarizə aparmaq üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, xərclənəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizəyə birdən-birə böyük məbləğdə vəsaitin ayrılması lazım deyil:

"Hazırda tələb olunan preparatların alınması üçün əlavə olaraq 10 milyon manat ayrılıb. Bu da hələlik kifayətdir. Dünyada bu xəstəliyə qarşı nə tətbiq olunacaqsa, onların hamısını edəcəyik".

Milli.Az