Operativ qərargah: Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar

13 Mart 2020 21:44

Nazirlər Kabinetinin sərəncamı ilə bütün təhsil və tədris müəssisələrində tədris dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, insanlar bu məsələdə aktiv olmalıdlar:

"Onlar diqqətli olmalıdır. Sərəncamlarla həyatın bütün situasiyalarına nəzarət etmək mümkün deyil. Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar".

İ.Məmmədov bildirib ki, ictimaiyyət şayiələrə uymamalıdır:

"Rəsmi xəbərlər nə qədər də olsa, şayiələrə çatmır. İctimaiyyət şayiələrə yox, rəsmi məlumatlara əsaslanmalıdır".

Milli.Az