Binəqədidə ev və ona bitişik ofis yanıb

13 Mart 2020 21:27

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin lambirindən ibarət tavanı 80 m² sahədə və içərisindəki ofis otağında əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az