Qubada 1 ton ot yandı

13 Mart 2020 20:59

Quba rayonunun Mirzəməmmədkənd kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata əsasən, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az