Xalq artistinin yazdığı sözlər izləyiciləri KÖVRƏLTDİ - FOTO

13 Mart 2020 20:39

Xalq artisti Zülfiyyə Xanbabayevanın son paylaşımı izləyicilərini kövrəldib

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, müğənni bacısı ilə birgə çəkilən fotosunu "İnstagram" səhifəsində yayımlayaraq, sevimli bacısının ad gününü təbrik edib. İfaçı bacısının ünvanına səmimi sözlər yazıb.

"Mənə yaşımı unutduran, bu gün də məni ərköyünləşdirən və bir insan olaraq formalaşmağımda böyük əməyi olan Qadın! Tək yanında yox, sadəcə varlığından belə özümü uşaq kimi hiss etdiyim başımın tacı!

Mənim ana tək, sevgisi və nəvazişi ilə qayğıma qalan Bacım!

Ad günün mübarək!"

İzləyicilər də Xalq artistinin bacısına təbrik mesajları ünvanlayıblar.

Milli.Az