Keniya da koronavirusa yoluxdu

13 Mart 2020 17:44

Keniyada ilk koronavirusa yoluxma faktə qeydə alınıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki,bu barədə rəsmi olaraq ölkənin səhiyyə naziri Mutaxi Kaqve bildirib.

Nazirin sözlərinə görə, virus London vasitəsilə ABŞ-dan gələn Keniya vətəndaşında aşkar edilib. Bildirilib ki, həmin şəxs hazırda xəstəxanaya yerləşdirilib və ölkəyə gələrkən onunla münasibətdə olan bütün şəxslər müəyyən edilərək karantinə alınıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az