Kürdəmirdə yol qəzası: Ölən var

13 Mart 2020 13:39

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurmub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az