Tovuzda 13 yaşlı qız yaxşı oxumadığına görə özünü öldürmək istədi

13 Mart 2020 14:59

Tovuz rayonunda 13 yaşlı qız özünü öldürmək istəyərkən xilas edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 2007-ci təvəllüdlü X.M. özünü körpüdən Tovuz çayına atmaq istəyib.

O, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən xilas olunub.

İlkin ehtimala görə, X.M. dərslərini yaxşı oxumadığına görə ailəsi tərəfindən təzyiqə məruz qaldığı üçün bu yola əl atıb.

Milli.Az