Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni seçilən deputatlara vəsiqələri təqdim edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.
MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:
"Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".
Milli.Az