Xalq artisti Simarə İmanova oğlu Məhəmmədə toy etməyə hazırlaşır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "Xəzər" TV-də yayımlanan "5/5" proqramında məlumat verib.
O söyləyib ki, hər şey anidən baş verib:
"Özümü çox xoşbəxt hiss edirəm. Oğlumu evləndirirəm. İnanın ki, qohumları bizə yığmışam ki, evdə onlara xəbər verəm. Amma efirdə dedim. Doğmalarımın xəbəri yoxdur. Elçi gedəcəyik. Oğlumun öz seçimidir. Uzaqdan qohumumuzdurlar. Çox sadə insandırlar".
Milli.Az