Avroliqada həftənin ən yaxşı futbolçusu kim olacaq?

13 Mart 2020 11:19

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda Samuele Kampo ("Bazel"), Çarles Aranqis ("Bayer"), Markos Antonio ("Şaxtyor", Donetsk) və Odion İqalo ("Mançester Yunayted") yer alıb.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.

Milli.Az