Bakıda azyaşlı bağlı qapı arxasında qalıb

13 Mart 2020 10:29

Bakı şəhərinin Nəsimi rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az