Tahir Salahovun qızı karantinə alındı - FOTO

13 Mart 2020 09:34

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə A.Salahova şəxsi "Facebook" hesabından paylaşım edib.

Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.

Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.

Milli.Az