Bakıda avtomobil yanıb

13 Mart 2020 08:21

Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda "Ford " markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az