İtaliyada koronavirus qurbanlarının sayı min nəfəri keçib

13 Mart 2020 08:18

İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə başçısı Anjelo Borrelli bildirib.

A.Borrelli deyib ki, bu gün ölkədə 213 nəfər sağalıb, onların sayı 1258-ə çatıb:

"Biz, həmçinin 188 ölüm hadisəsini qeyd etdik".

Beləliklə, İtaliyada ölənlərin sayı mini keçib.

Onun sözlərinə görə, ölən və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 15 mini keçib.

Milli.Az