Oğuzda 3 ha sahədə baş verən yanğın söndürülüb

12 Mart 2020 22:43

Oğuz rayonunun Mollalı kəndi yaxınlığında, dağlıq ərazidə 3 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Milli.Az