Çexiyada bir aylıq fövqəladə vəziyyət elan edildi

12 Mart 2020 22:23

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o, Çexiyada fövqəladə vəziyyətin 30 gün davam edəcəyini bildirib.

Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.

Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib.

Milli.Az